HASANLY

HASANLY Xəbərlər 9-12-2024, 02:33

Tramp rəqiblərindən qisas alacaq?

Tramp rəqiblərindən qisas alacaq?
"Rəqiblərimdən qisas almayacağam, qisas almağın ən yaxşı yolu ABŞ-nin uğuru olacaq".

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "NBC News"a müsahibəsində deyib.

"Ölkəmizin uğurlu olmasını istəyirəm, keçmişə qayıtmaq istəmirəm, ABŞ-nin uğuru elə qisas olacaq", - o bildirib.

Trampın sözlərinə görə, ona qarşı bir neçə cinayət işinə rəhbərlik etmiş xüsusi prokuror Cek Smit çox rüşvətxordur, ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu ilə bağlı vəziyyəti araşdıran xüsusi komitəsinin üzvləri isə siyasi cinayətkarlardır. Eyni zamanda, Tramp onlara qarşı cinayət təqibini təşkil etməyəcəyini bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 218 168 136 177 147

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.