Heç kim heç kim üçün bir şey etmir bu həyatda
Necə qəribədir hə, ən doğmaya yadlaşmaq? İnsan duyğularının içərisində itib-batanda görə bilmir bütöv şəkli.Əslində nəyin nə olduğunu,kimin cəllad kimin qurban olduğunu görə bilmir.Fərqində olmadan insan özündən o qədər fədakarlıq edir ki,ən çətin anlarda tutulub qalır,tutunacaq heç nəyinin qalmadığını anlayır.Hər şey gözünün qabağında olsa da görmür,hər tərəfin aynalarla dolur bir anda.Sağa da getsən,sola da getsən ancaq özünə dəyib irkilirsən.Bütün kəlimələr beynində sıralanmışkən danışmağa gücün çatmır,bəlkə də bir nöqtədən sonra danışmaq da gəlmir içindən,nəyisə düzəltmək üçün barmağını belə tərpətməyə istək tapmırsan.İnsan ən çox özündən küsür deyəsən,özgə heç kəsdən yox. Keçirdiyin ağrı, tökdüyün göz yaşları ilə üzləşməyi bacarırsan.İnsan ən çox özünü aldadır,ən çox da özünə inanır deyəsən deyilən yalanlara yox,öz içindəki sevgiyə inanırsan,özgəsində yox,ən çox özündə yanılırsan.Heç kim heç kim üçün bir şey etmir bu həyatda,hər kəs öz qayğısında,öz əndişələrindədir...







