cabir

cabir Xəbərlər 9-12-2024, 19:30

"YAŞAT" Fondu 86 762 869.26 manat vəsait xərcləyib

"YAŞAT" Fondu 86 762 869.26 manat vəsait xərcləyib
"YAŞAT" Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub. Sun.Az xəbər verir ki, öncə Fondun 4 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Ardınca "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

O bildirib ki, "YAŞAT" Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib. 4 milyondan artıq qalan vəsaitin 1 milyonu növbəti ildə təhsil istiqamətində xərclənmə üçün nəzərdə tutulub.

Təqdimatda "YAŞAT" Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
219 231 194 194 170 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.