Axı sənə demişəm,"ölməyin də vaxtı var"
Və bir gün bütün olmazlar olacaq,
Kipriklərim qovuşacaq,
Ciyərlərim boş qalacaq.
Və bir gün son dəfə yük olacam çiyinlərə,
Və bir gün mən də gedəcəm hamı gedən yerlərə.
Ya cəhənnəm ya cənnətə gedəcəm,
Torpağa cismimi,Allaha ruhumu geri verəcəm.
Səbəbkarı olmayan məclislər quracaqlar,
Yağlı bozbaşdan yeyib,doyanda duracaqlar.
Məclisin axırına bir boş qablar qalacaq,bir də oturacaqlar.
O gün gedən adamlar,3-ü gəlib o yerdə birdə oturacaqlar.
Qəbir üstünə gəlib, fatihə də verərlər,
3-5 manat pul basıb, Yasin dedizdirərlər.
Şərbətdən içəcəklər,halvadan yeyəcəklər,
Göylə sürünən ruha,rəhmət diləyəcəklər.
Üzünü görmədiyim hər nə qədər adam var,
Gəlib mənə haqların halal eliyəcəklər.
Hələ bunun cüməsi,7-si var 40-ı var,
Axı sənə demişəm,"ölməyin də vaxtı var".
Vaxtı gələr Əzrayıl gəlib aparar məni.
Mən niyə axtarıram? O gəlib tapar məni.
Müəllif:STARŞA