..güvəndiyin dağlara qar yağarsa bağışla...
Nəfəs alıb dərindən ötüb keçən ayıma,
ilimə inanmışam.
Göz-qaşını görəndən qaşla göz arasında
ölümə inanmışam.
Gözlərimi zilləyib baxırdım uzaqlara,
sənsə getdin yağışla.
Sən yağışı sevirsən, güvəndiyin dağlara
qar yağarsa bağışla...
*Canına od qoyduğun yoxluğunda Tanrını*
*Gözüylə zikr eylədi.*
*Tanrı səni yaradıb əlini göyə açdı,*
*Özünə şükr eylədi.*
Gecə-gündüz demədən gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum, çünki mənə tələsən,
mənəm sənə tələsən.
*Ümidimə qar yağa, qardan həyat düzəldim,*
*dizi keçincə qayıt.*
*Sol qolumu dişləyib sənə saat düzəldim,*
*izi keçincə qayıt.*
Gülümsəmir birinə sən gedəli gözlərim,
mənimlə üz-göz oldun.
*Gülüm, sənin yerinə o qədər ölmüşəm ki,*
*artıq ölümsüz oldun.*
Ay bəri bax, bəri bax..Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə yaratdığı qadını
Mən tək əllə yazıram.
Üzməyimi bilmirik, niyə bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki, sən tərəfdə gün doğur,
mən tərəfdə gün batır...