ice berg

ice berg Xəbərlər 11-12-2024, 12:00

Tramp artıq 10-cu milyarderi mühüm posta namizəd göstərdi

Tramp artıq 10-cu milyarderi mühüm posta namizəd göstərdi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder investor Tomas Barrakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.

Loading.aZ xəbər verir ki, Trampla birlikdə yeni administrasiyada artıq 10 belə milyarder olacaq.

77 yaşlı Barrak 2016-cı il prezidentlik kampaniyası zamanı Trampın müşaviri olub və 2021-ci ildə BƏƏ üçün lobbiçilikdə ittiham olunub. Barrak 1 milyard dollardan çox sərvəti ilə ABŞ-ın 500 ən zəngin adamı siyahısındadır.

ABŞ-ın gələcək rəhbərliyi rekord dərəcədə zənginləşəcək. Məmurlar arasında 350 milyard dollardan çox pul olacaq.

Bundan əvvəl də ən varlı olan Tramp hökuməti idi. Buna qədər isə rekord Obama administrasiyasına məxsus idi və onların ümumi vəsaitləri 2,8 milyard dollar idi.

Baydenin dövründə mövcud hökumətdəki məmurlar arasında cəmi 110 milyon dollar var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 200 220 150 153 170

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.