cabir

cabir Xəbərlər 11-12-2024, 19:30

Novruzdə 1 həftə qeyri-iş günü olacaq

Novruzdə 1 həftə qeyri-iş günü olacaq
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb. Sun.Az -ın Qərara əsasən məlumatına görə, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq.

Martın 27-si isə bayramdan sonra ilk iş günü olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 215 194 140 191 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.