ice berg

ice berg Texnologiya 12-12-2024, 08:00

Qatlana bilən Motorola gəlir

Qatlana bilən Motorola gəlir
Motorola şirkəti sentyabrda Yaponiyada qatlana bilən Motorola Razr 50s smartfonunu təqdim etmişdi.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət bu smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Lakin görünür, bu, Motorola-nın hazırladığı yeganə yeni qatlana bilən smartfon deyil. Belə ki, 91mobiles saytı Motorola Razr 50s Ultra smartfonunun fotosunu təqdim edib.

Təqdim edilmiş fotoda bu yeni qatlana bilən smartfon hər tərəfdən əks olunub. Fotodan belə qənaətə gəlmək olar ki, bu yeni smartfon xarici görünüşcə adi Motorola Razr 50 Ultra-dan heç də fərqlənmir. Motorola Razr 50s Ultra-nın texniki imkanları barəsində ətraflı məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, smartfon 45 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Motorola Razr 50s Ultra bu ilin sonuna kimi təqdim oluna bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
311 345 271 244 272 283

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.