HASANLY

HASANLY Xəbərlər 12-12-2024, 11:34

Ərdoğan Somali və Efiopiyanı barışdırdı

Ərdoğan Somali və Efiopiyanı barışdırdı
"Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində mühüm razılaşma əldə etdik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Beləliklə, bəzi inciklikləri və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq. İnanıram ki, indicə razılaşdırılmış birgə bəyannamə gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacaqdır. Bu, həm də dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcudur və məsuliyyətidir.

Burada bəyan etdiyimiz konsensus ortaq bir baxışın məhsuludur. Bundan sonra atacağımız addımlara birlikdə qərar verəcəyik və bölgə əhalisinin əmin-amanlığını və firavanlığını artıracaq layihələr həyata keçirəcəyik", - deyə Ərdoğan bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 231 163 232 202 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.