cabir

cabir Xəbərlər 13-12-2024, 22:30

Prof. Nazim Hüseynov tərəfindən tibbi aksiya həyata keçiriləcək

Prof. Nazim Hüseynov tərəfindən tibbi aksiya həyata keçiriləcək
14-15 dekabr tarixlərində Gəncə Memorial Hospitalın xüsusi dəvətilə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya Kafedrasının dossenti, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, həkim Otorinolarinqoloq t.ü.f.d. Dr.Məzahir Quliyev və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin sədri, Prof. Nazim Hüseynov tərəfindən tibbi aksiya həyata keçiriləcək.
Aksiya çərçivəsində pasiyent qəbulu təmannasız olaraq həyata keçiriləcək. Bu aksiya Gəncə şəhəri və ətraf regionlarda yaşayan sakinlər üçün nəzərdə tutulub. Bu xeyirxah aksiyada mütəxəssis həkimlər öz peşəkar təcrübələri vasitəsilə burun, boğaz, qulaq və baş-boyun nahiyəsində yaranan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçirəcəklər.
Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanmasını və müalicəsini təmin etmək, eyni zamanda sosial dəstək göstərərək ehtiyaclı pasiyentlərə lazımi tibbi yardım göstərməkdir.
.
Tarix: 14-15 dekabr 2024-cü il
Məkan: Gəncə Memorial Hospital

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 228 216 182 187 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.