amon

amon Xəbərlər 15-12-2024, 16:44

Hakim olmaq istəyənlər imtahan verdi

Hakim olmaq istəyənlər imtahan verdi
Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Loading.Az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 329 nəfərdən 4 nəfər imtahana gəlməyib. 211 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 - 25 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 213 174 162 192 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.