HASANLY

HASANLY Xəbərlər 15-12-2024, 17:46

"Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir"

"Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir"
"Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir".

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. Nazirliyin Mətbuat Xidməti Y.Gülərin çıxışının mətnini yayıb.

Nazir bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır.

Y.Gülər qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir:

"Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. "Bir millət - iki dövlət" şüarı ilə əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq", - Y.Gülər vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
178 186 147 207 175 167

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.