HASANLY

HASANLY İdman 19-12-2024, 17:27

"Köln"lə görüşdə əvəzlənən Mahir Emreli baş məqşçiyə qəzəblənib

"Köln"lə görüşdə əvəzlənən Mahir Emreli baş məqşçiyə qəzəblənib
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.

Loading.Az nn.de-yə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.

Nəşr Emrelinin bunun üçün "Instagram" hesabında post da paylaşdığını və daha sonra sildiyini yazıb. Kloze isə forvardın etirazına səssiz qalıb.

Qeyd edək ki, görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib, həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
247 236 223 252 213 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.