ice berg

ice berg Xəbərlər 20-12-2024, 08:05

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi"nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Loading.aZ AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən, 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi" təsdiqlənir.

Dövlət Gömrük Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 233 193 197 175 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.