HASANLY

HASANLY Xəbərlər 23-12-2024, 13:27

Mark Rütte: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"

Mark Rütte: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"
NATO-nun baş katibi Mark Rütte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

Loading.Az xəbər verir ki, bu barədə "Deutsche Presse-Agentur" (DPA) məlumat yayıb.

"Əgər müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlər yaşayacağıq. Biz müdafiə sənayesini gücləndirməliyik və istehsalı genişləndirməliyik. Uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyimiz üçün əlavə istehsal xətləri təşkil etməliyik", - deyə Mark Rütte vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 254 275 202 249 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.