HASANLY

HASANLY Xəbərlər 23-12-2024, 14:33

Bakıda ilk "Hilton Garden Inn" hoteli açıldı

Bakıda ilk "Hilton Garden Inn" hoteli açıldı
"Hilton Garden Inn Baku" hotelinin açılış mərasimi keçirilib.

"Hilton Garden Inn Baku" "Tabia Group" portfelinə daxil olan yüksəksəviyyəli beynəlxalq hotel brendidir. Bu brendin "Tabia Group" daxilində ölkəmizdə fəaliyyətə başlaması qrupun yüksək qonaqpərvərlik təcrübəsini əlçatan etməyə sadiqliyinin sübutudur.

Hotel Sarabski küçəsi, 657 ünvanında yerləşir. "Hilton Garden Inn Baku" Heydər Əliyev Beynəlxalq Aeroportundan 24 kilometr məsafədədir. Əlavə olaraq hotel "Dədə Qorqud" parkı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Zoologiya parkı, "28 Mall" və "Gənclik Mall" kimi mühüm istirahət, əyləncə və biznes mərkəzlərinə yaxın məsafədə yerləşir.

12 mərtəbəli, 195 otaqlı hotel, yüksək keyfiyyətdə xidmət göstərən restoran, bar və fitnes mərkəzi ilə təchiz olunub. Hoteldə müasir konfrans otaqları və çoxfunksiyalı tədbir məkanlarına da yer verilib.

"Biz rahatlıq və yüksəksəviyyəli xidmət sintezini təklif edən "Hilton Garden Inn Baku"nu təqdim etməkdən qürur duyuruq.

"Hotelimiz həm işgüzar mütəxəssislərə, həm də istirahət üçün səfər edən qonaqlara xidmət etməyi nəzərdə tutmuşdur. Bu gün şəhərimizin mühüm istirahət, mədəniyyət və biznes mərkəzləri yaxınlığında yerləşən otelimizin qapılarını ilk qonaqlarına açmış olmaqdan dərin sevinc hissi duyuruq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 303 257 252 239 271

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.