"Fransanın anti-Azərbaycan siyasətinin ölkəmizə təsiri olmayacaq"-DEPUTAT
Avropa Parlamenti uzun müddətdir ki, Azərbaycana qarşı "səlib yürüşü"nə çıxıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın uğur qazanması, iqtisadi məsələlərdə, regional münasibətlərdə yeni layihələrə start verməsi, Avropa Parlamentinin Cənubi Qafqazla bağlı olan siyasətində "baş ağrısına" çevrilib. Bunu Sun.Az -a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
O, qeyd edib ki, Avropa Parlamenti müxtəlif və yalançı dəyərlər üzərində, özlərinə xas olan prinsiplər əsasında Cənubi Qafqazda olan hadisələrə münasibət bildirərək, müdaxilə edirlər. Burada Azərbaycanın inkişafının qarşısının alınması, Cənubi Qafqazın Avropa İttifaqından asılı vəziyyətə salınması əsas hədəfdir:
"Avropa Parlamentində müxtəlif siyasi məqsədləri və gücləri təmsil edən deputatlar var. Bu deputatlar daha çox Fransaya və bu ölkəyə yaxın dövlətlərin nümayəndələridir. Onlar da məhz Fransanın anti-türk və anti-Azərbaycan siyasətinə də dəstək məqsədilə müxtəlif qətnamələr qəbul etməklə prosesə müdaxilə etmək istəyirlər. Lakin onların qətnamələrinin heç bir əsası yoxdur. Çünki Azərbaycana qarşı irəli sürülən ittihamlar növbəti bizə qarşı başladılan böhtan kampaniyasının tərkib hissəsidir. Yalan və böhtan üzərində köklənmiş və erməni diasporunun sifarişi ilə yazılmış bu qətnamə sadəcə kağız parçasıdır. Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa Parlamentində ayrı-ayrı şəxslərin ağzından eşidilir. Görünən odur ki, bu proseslərin hamısı bir mərkəzdən idarə olunur.
Bu qətnamə Azərbaycanın daxili probleminə qarışmaq yox, inkişafına mane olmaq məqsədi daşıyır. Onlar istəyirlər ki, Cənubi Qafqazda gücsüz Azərbaycan olsun. Onsuz da Ermənistan zəif və onların alətinə çevrilmiş bir ölkədir. Gürcüstanda da ölkənin gücsüzləşdirilməsi üçün cəhdlər edirlər. Bu gün Gürcüstan höküməti milli və dövlət maraqlarına söykənərək çox düzgün bir siyasət yürüdə bilir. Ölkəni kənar müdaxilədən qorumağa çalışır.
Azərbaycan isə kifayət qədər güclü, hətta bəzi məsələlərdə təsirli xarici siyasət kursu yürüdən bir dövlətdir. Bu gün Fransa məhz bunu qəbul edə bilmir. Azərbaycan Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı çıxır. Bu da təbii ki, Fransanın maraqlarına zidd təşkil edir.
Fransa özünü demokratik dövlət kimi göstərsə də, siyasəti tamamilə anti-demokratikdir. Məsələn, Fransanın ərazisi olan Korsika adasında korsikan dilində danışmaq qadağandır. Bu da artıq çox mətləblərdən xəbər verir. Fransa çalışır ki, Avropa Parlamenti üzərindən anti-Azərbaycan qətnamələrinin qəbul olunmasına nail olsun. Bu siyasətin də Azərbaycana təsiri olmayacaqdır. Azərbaycanın artıq bu tipli qətnamələrə qarşı "immuniteti" formalaşıb".