HASANLY

HASANLY Xəbərlər 24-12-2024, 01:24

Fransadan Şimali Kiprə qarşı təxribat

Fransadan Şimali Kiprə qarşı təxribat
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyi Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların ölkənin hava məkanını pozaraq çox aşağı hündürlükdə uçma hərəkətlərini pisləyib.

Loading.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ŞKTR XİN 2017-ci ildə adanın yunan icması ilə Paris arasında bağlanmış müqaviləyə əsasən, Fransa hərbi təyyarələrinin Kiprin cənubunda yerləşdirildiyini xatırladıb.

Bəyanatda "Yunanıstan Kiprinin təhlükəsizliyinə təhdidlə bağlı yalanlar bəhanəsi ilə" müdafiə müqavilələri bağlanaraq adada gərginliyin artırılmasının yolverilməzliyi vurğulanıb.

"Biz bir daha bütün tərəfləri, xüsusən də Fransanı sağlam düşüncədən istifadə etməyə və regionda sabitliyi pozmağa yönəlmiş addımlardan imtina etməyə çağırırıq", - ŞKTR-in Xarici İşlər Nazirliyi qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 193 167 191 174 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.