HASANLY

HASANLY Xəbərlər 24-12-2024, 14:30

Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır

Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
Əgər Suriyada olan kürd yaraqlılar silahı yerə qoymaqdan imtina edərsə, Ankara və Dəməşq onlara qarşı birgə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

Loading.Az Türkiyənin "Hürriyet" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hakimiyyətinə yaxın mənbədən məlumat verilib.

Belə ki, Suriyada müvəqqəti hökumət qurulduqdan dərhal sonra PKK (Kürdüstanın Fəhlə Partiyası) və İŞİD (İraq Şam İslam Dövləti) kimi terror təşkilatlarına silahlarını yerə qoymaq barədə çağırış ediləcək.

"Əgər silahlı qruplaşmaların cavabı mənfi olarsa, Suriya ordusu və Türkiyə silahlı qüvvələri ərazilərin azad edilməsi üçün birgə hərəkətlərə başlayacaq", - deyə mənbə vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
196 191 189 194 185 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.