HASANLY

HASANLY Xəbərlər 25-12-2024, 11:56

Hindistan Aya missiya göndərəcək: Müddət açıqlandı

Hindistan Aya missiya göndərəcək: Müddət açıqlandı
Hindistan 2040-cı ilədək hindistanlı kosmonavtın Aya enməsini hədəfləyən iddialı kosmik proqram yaradıb.

Loading.Az-ın Oxu.Az-a isitnadən verdiyi məlumata görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri Şridhara Somanath NDTV telekanalına açıqlamasında deyib.

O, bu layihənin ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyi vaxta qədər həyata keçirilməsini planlaşdırıldığını bildirib.

"Bizim insanımız oraya gedəcək, bayrağı sancacaq və sağ-salamat geri qayıdacaq. Bu, 2040-cı ildə baş verəcək", - deyə o bildirib.

ISRO rəhbərinin sözlərinə görə, yol xəritəsi çərçivəsində Hindistan 10 il ərzində öz kosmik stansiyasını yaratmağı planlaşdırır. Buna doğru ilk addım artıq 2028-ci ildə kosmik stansiya modulunun buraxılması ilə atılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
201 205 152 176 170 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.