cabir

cabir Xəbərlər 25-12-2024, 15:30

Donald Tramp ölüm cəzasını tətbiq edəcək

Donald Tramp ölüm cəzasını tətbiq edəcək
Donald Tramp vəzifəsini icra etməyə başlayandan sonra federal ölüm cəzası tədbirlərini həyata keçirməyə davam edəcəyini bildirib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Tramp Baydenin bəzi edam məhbuslarının cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib və bu qərarları dəyişdirəcəyini vurğulayıb.

Tramp seçiciləri ilə çıxışında "Co Bayden ölkəmizdəki 37 nəfər ən qəddar qatilin ölüm hökmünü yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə bu qərarın hansı ağılla qəbul edildiyinə inana bilmirəm. Bu, mənasız qərardır. Qurbanların ailələri və dostları bu qərarın verilməsindən çox təsirlənəcək" deyə bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 220 169 227 169 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.