ice berg

ice berg Şeirlər 26-12-2024, 20:00

"Vətən" şeiri

"Vətən" şeiri
Bilirdim nəsə bir xəbər çıxacaq,
Yuxumdan çıxmadın bütün gecəni.
Görmüşəm gəlmisən,millət yığılıb
Güllərlə bəzəyib bütün küçəni.

Mən səni ağ atın üstündə gördüm,
Sən qara tabutda çıxıb gəlmisən.
Cüssəsi qapıdan sığmayan oğlum,
Balaca tabuta necə sığmısan?!

Dünən qurban kəsib,səndən danışdıq
Sanki indi burdan çıxıb getmisən.
Biz sənin yolunda qurban kəsərkən,
Sən Vətən uğrunda qurban getmisən.

Balanın ürəyinə damıbdır nəsə,
Nə su içir nə də yemək istəyir.
Hər evə gələndən səni soruşur,
Sənə "Vətən" şeiri demək istəyir.

Qorxur ki, bu şeir yadından çıxa
Otaqda oxuya-oxuya gedir.
Toyda çəkdirdiyin şəkili öpüb,
Sənin çarpayında yuxuya gedir.

Bir günün içində saçım ağardı
Həyat qocaltmamış qocaltdın məni.
Amma mən haqqımı halal edirəm
Şəhid anasıtək ucaltdın məni.

STARŞA

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
502 448 428 392 438 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.