cabir

cabir Xəbərlər 26-12-2024, 16:15

Daha 2 tiktoker həbs olundu

Daha 2 tiktoker həbs olundu
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib. Sun.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 231 240 208 237 223

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.