HASANLY

HASANLY Xəbərlər 26-12-2024, 17:16

Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanda "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Loading.Az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilir ki, Çin sədri Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş verən insan ölümləri ilə bağlı başsağlığı mesajları göndərib.

O, xəbəri eşidəndə şok olduğunu bildirib.

Si həmçinin Çin hökuməti və xalqı adından qəzada həlak olanların xatirəsini dərin hüznlə yad edib.

Mesajlarda o, həmçinin həlak olanların ailələrinə səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 207 203 140 178 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.