HASANLY

HASANLY Xəbərlər 26-12-2024, 23:45

Fransa XİN-dən "qəribə" başsağlığı

Fransa XİN-dən "qəribə" başsağlığı
"Dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin qəzaya uğraması xəbəri Fransanı dərindən kədərləndirib".

Loading.Az xəbər verir ki, bu barədə Fransa XİN-in öz saytında yaydığı başsağlığı xəbərində bildirilib.

"Fransa həlak olanların ailələrinə, eləcə də ölkələrinə dərin hüznlə başsağlığı verir və təyyarə qəzasında sağ qalanların tezliklə sağalmasını arzulayır", - deyə mətndə vurğulanır.

Parisin başsağlığı ilk baxışdan adi görünsə də, mətnin XİN saytının Qazaxıstan bölməsində yerləşdirilməsi diqqət çəkir. Görünür, Fransa rəhbərliyi bir çox dünya ölkələri və onların liderləri kimi başsağlığı mesajını birbaşa Azərbaycan hökuməti və xalqına ünvanlamağı özlərinə yaraşdırmayıblar. Yelisey sarayının humanizm prinsiplərinə öz siyasi ambisiyalarını qarışdırması isə sadəcə təəssüf doğurur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
253 275 218 253 245 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.