HASANLY

HASANLY Xəbərlər 27-12-2024, 01:36

İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb

İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb
İsrailin "El Al" aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti "Kanal 9"a məlumat verib.

"Rusiya hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq, "El Al" Tel-Əviv-Moskva marşrutu üzrə bütün uçuşları gələn həftəyədək dayandırır", - bəyanatda deyilir.

Bildirilir ki, gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək və uçuşların bərpası ilə bağlı qərar veriləcək. Sərnişinlərə qısa zamanda məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 276 207 231 217 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.