HASANLY

HASANLY Xəbərlər 27-12-2024, 10:53

Gecə səmasının ən böyük fotoşəkli nümayiş olundu

Gecə səmasının ən böyük fotoşəkli nümayiş olundu
Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası "NOIRLab" Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.

Loading.Az xəbər verir ki, fotolar "Noirlab" portalında yerləşdirilib.

Layihə çərçivəsində həmçinin 40 000 piksellə çəkilmiş gecə səmasının ən böyük şəkli paylaşılıb.

O, alman astrofotoqrafı Ekhard Slavik tərəfindən yaradılıb. Slavik bu fotonu çəkmək üçün Almaniyada Valdenburq, İspaniyada Tenerife və Las Palmas, Namibiya və Çili kimi planetin ən qaranlıq və ən təmiz səması olan yerlərindən istifadə edib.

Şəkillərin yaradılması üçün xüsusi texnikadan istifadə edilib. Hər bir panel iki dəfə - diffuzorlu və diffuzorsuz çəkilib ki, fotodakı ulduzlar mümkün qədər aydın və parlaq görünsün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 267 240 226 229 235

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.