HASANLY

HASANLY Xəbərlər 27-12-2024, 11:07

Pakistan ordusu antiterror əməliyyatı keçirib

Pakistan ordusu antiterror əməliyyatı keçirib
Pakistan ordusu Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi üç antiterror əməliyyatı zamanı azı 13 silahlını məhv edib.

Loading.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun Xidmətlərarası İctimai Əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan rayonlarını ekstremistlərdən təmizləmək üçün bir sıra tədbirlər həyata keçirib. Onların hədəfi qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşmasının (əvvəllər "Təhrik-i-Taliban Pakistan" kimi tanınıb) silahlıları olub.

Qarşıdurmalar zamanı 13 terrorçu öldürülüb, 16-sı yaralanıb. İdarənin məlumatına görə, əməliyyat zamanı bir əsgər həlak olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
216 249 185 243 186 176

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.