HASANLY

HASANLY Xəbərlər 27-12-2024, 12:18

Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi

Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi
Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad ağacına bənzəyən və "kosmik şam" adlanan ulduz topasının yeni fotosu yayılıb.

Loading.Az-ın verdiyi məlumata görə, kadrları ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) təqdim edib.

Bildirilir ki, "kosmik şamda"kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.

Qeyd edilir ki, Yerdən 2,5 min işıq ili məsafədə yerləşən "Milad ağacı"nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 236 195 243 229 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.