HASANLY

HASANLY Avto Dünya 27-12-2024, 12:25

"Li Auto" insanabənzər robotlar istehsal edəcək

"Li Auto" insanabənzər robotlar istehsal edəcək
Azərbaycan avtomobil həvəskarları arasında populyar olan "LiXiang" şirkəti (Li Auto) insanabənzər robotlar istehsal edəcək.

Loading.Az auto.ru-ya istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Li Syan deyib.

Lakin onun sözlərinə görə, sadəcə bu işin vaxtı hələ çatmayıb. Şirkət rəhbərinin qeyd etdiyi kimi, ilk növbədə bir sıra daha aktual problemlər həll edilməlidir - məsələn, tam hüquqlu avtonom idarəetmənin mənimsənilməsi.

Onun fikrincə, yüksək səviyyəli özünüidarəetmə funksiyalarına malik avtomobillər də bir növ robotdur və onların inkişafı androidlərin istehsalına keçməzdən əvvəl məntiqi nəticəyə çatdırılmalıdır. Əks halda, insanabənzə robotların yalnız məhdud imkanları olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 300 319 286 255 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.