cabir

cabir Xəbərlər 28-12-2024, 15:30

"Rusiya təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməlidir" - Bəhruz Məhərrəmov

"Rusiya təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməlidir" - Bəhruz Məhərrəmov
Xəbər verdiyimiz kimi, İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Rusiya təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməli və bu məsələdə beynəlxalq hüququ və çoxəsrlik qonşuluq münasibətlərini rəhbər tutaraq davranmalıdır: "Bakı-Qroznı reysi üzrə təyyarənin qəzası ilə əlaqədar istintaqın nəticələri hələ elan olunmasa da, istər hadisə baş verərkən çəkilən videokadrlar, istərsə də hava gəmisinin qalıqları üzərindəki izlər təyyarənin Rusiya hava məkanında vurulduğunu sübut edir. Bu mənada, indiki məqamda şimal qonşumuz informasiya maşınını səfərbər edərək məsələnin mahiyyətini ört-basdır etməyə çalışmaqdansa, təyyarəyə səhvən atəş açaraq vurduğunu etiraf etməli və bu məsələdə beynəlxalq hüququ və çoxəsrlik qonşuluq münasibətlərini rəhbər tutaraq davranmalıdır. Bildiyiniz kimi, Vətən müharibəsi dövründə Azərbaycan tərəfi gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiya helikopterini vurduqdan sonra cənab İlham Əliyev Rusiya Federasiyası Prezidentinə zəng edərək dövlətimiz adına üzrxahlığını çatdıraraq hadisənin araşdırılması və şimal qonşumuza vurulan zərərə görə kompensasiyanın ödənilməsini dərhal təmin etdi. Amma, təəssüflər olsun ki, Rusiya tərəfi hələ ki, məsələnin ört-basdır edilməsi və bu istiqamətdə çoxsaylı əsassız versiyaları, o cümlədən təyyarədə balonun partlaması, yaxud hava gəmisinin quşlarla toqquşması kimi "səbəblər" tirajlamaqdadır. Təbii ki, biz şimal qonşumuzun bu davranışlarından çox narazıyıq və istər təyyarənin vurulması, istərsə bu istiqamətdə bilərəkdən dövriyyəyə yanlış versiyaların daxil edilməsini doğru hesab etmirik. Eyni zamanda təyyarənin səhvən vurulmasından sonra onun enişinə şərait yaratmamaq, mümkün olduğu halda insanların xilasından imtina etmək və təyyarədə olan insanların bilərəkdən ölümə göndərilməsi qeyri-insani davranış və yolverilməz cinayətdir. Heç şübhəsiz ki, Azərbaycan bütün imkanlarından və resurslarından istifadə edərək həqiqəti sübut edəcək, öz vətəndaşlarımız və faciədə həlak olanların mənsub olduğu bütün ölkələrdə həqiqətin üzə çıxması və ədalətin bərqərar olunmasını gözləyən insanların ümidlərini doğruldacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 297 328 285 288 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.