HASANLY

HASANLY Xəbərlər 28-12-2024, 23:03

Putin "Taliban"ı qadağan olunmuş təşkilat siyahısından çıxarılmasına icazə verən qanuna imza atıb

Putin "Taliban"ı qadağan olunmuş təşkilat siyahısından çıxarılmasına icazə verən qanuna imza atıb
Rusiya Prezidenti Vladimir Putin "Taliban" hərəkatının Rusiyada qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanuna imza atıb.

Loading.Az xəbər verir ki, bu barədə məlumat Rusiya hökumətinin rəsmi hüquqi informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, qadağa Rusiya Federasiyasının baş prokurorunun müraciəti əsasında Rusiya Federasiyası məhkəməsinin qərarı ilə götürülə bilər. Hazırda Rusiyada belə bir təşkilatın fəaliyyətinə qadağanın götürülməsi mexanizmi mövcud deyil. Rusiya prezidenti tərəfindən imzalanan sənəd isə həmin boşluğu aradan qaldırmaq üçündür.

Xatırladaq ki, hazırda "Taliban" terror təşkilatı hesab edilir və Rusiya ərazisində fəaliyyəti qadağan olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 210 251 255 219 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.