HASANLY

HASANLY Xəbərlər 28-12-2024, 23:31

Ərdoğan: "Bütün dünya Türkiyənin artan təsirini görür"

Ərdoğan: "Bütün dünya Türkiyənin artan təsirini görür"
"Bütün dünya Türkiyənin artan təsirini görür".

Loading.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada keçirilən "İqtisadiyyata dəyər qatanlar" mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.

O bəyan edib ki, 5 ayda Türkiyədə elektrikli nəqliyyat vasitələri, günəş batareyaları istehsalı kimi sahələrə 7 milyard dollardan çox investisiya cəlb olunub.

Süni intellekt texnologiyalarından danışan dövlət başçısı vurğulayıb ki, "ya cəld hərəkət edib prosesə yetişəcəyik, ya da iqtisadiyyatda asimmetrik güc multiplikatorundan məhrum olacağıq. Hesab edirəm ki, ölkəmizdə süni intellekt sistemləri hələ də yaxşı başa düşülməyib. Hökumət olaraq Türkiyəni bu yeni dünyaya hazırlamağa çalışırıq".

Onun sözlərinə görə, Türkiyə böyüyərək böhranlardan çıxa bilər.

"İqtisadiyyatdan müdafiəyə, xarici siyasətdən ticarətə qədər geniş sahədə bu böyüməni təmin edəcək addımlar atmışıq", - deyə Ərdoğan xatırladıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 217 201 246 208 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.