HASANLY

HASANLY Xəbərlər 29-12-2024, 12:23

Perl-Harbor hücumundan sağ çıxan ən yaşlı amerikalı öldü

Perl-Harbor hücumundan sağ çıxan ən yaşlı amerikalı öldü
İkinci Dünya müharibəsi zamanı, 1941-ci ildə Yaponiyanın Perl-Harbordakı ABŞ hərbi dəniz bazasına hücumundan sağ çıxan ən yaşlı amerikalı Uorren Apton Kaliforniyada dünyasını dəyişib.

Loading.Az "Associated Press"ə istinadən xəbər verir ki, Uorren Apton 105 yaşında Los Qatos xəstəxanasında pnevmoniya səbəbindən vəfat edib.

Perl-Harbora hücum zamanı Uorren Apton 22 yaşında olub. O, Ford adasında dayanan "Yuta" döyüş gəmisinin göyərtəsində xidmət edirdi. Bombardman zamanı gəmi batıb, lakin Apton adaya üzərək xəndəkdə sığınacaq tapa bilib.

Qeyd edək ki, hücum günü Perl-Harborda təxminən 87 min ABŞ əsgəri olub. Onlardan hazırda cəmi 15 nəfər sağdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
188 201 170 179 173 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.