cabir

cabir Xəbərlər 29-12-2024, 14:46

Tətilin ilk günü hava necə olacaq?

Tətilin ilk günü hava necə olacaq?
Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sun.Az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 185 125 171 138 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.