HASANLY

HASANLY Xəbərlər 30-12-2024, 01:20

Cəlilabad xəstəxanasında vətəndaşa zorakılıq edilib?

Cəlilabad xəstəxanasında vətəndaşa zorakılıq edilib?
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 58 yaşlı Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün onları Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Baba iddia edir ki, xəstəxananın uşaq həkimi Davud Qurbanov ona fiziki təzyiq göstərib.

Füzuli İmanov bildirib ki, hadisə xəstəxananın təhlükəsizlik kamerasına da düşüb.

Həkim Davud Qurbanov isə vətəndaşa hər hansı təzyiq göstərmədiyini bildirərək, sübut kimi həmin görüntülərə istinad edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin müraciət əsasında hazırda müvafiq polis orqanında tədqiqat araşdırması aparılır. Təyin edilmiş müvafiq ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı Baku TV-nin süjetində:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 215 198 223 178 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.