ice berg

ice berg Xəbərlər 30-12-2024, 17:55

Gürcüstanda maska taxmaq QADAĞAN EDİLDİ

Gürcüstanda maska taxmaq QADAĞAN EDİLDİ
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

Loading.aZ xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

Qanun dərc edildikdən sonra qüvvəyə minib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 182 177 184 208 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.