ice berg

ice berg Xəbərlər 30-12-2024, 17:59

Bu ölkədə həlak olan pilotumuzun adına təqaüd veriləcək

Bu ölkədə həlak olan pilotumuzun adına təqaüd veriləcək
Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.

Loading.aZ xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev feysbuk hesabında bildirib.

Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:

“Azərbaycanlıların Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir”.

Qeyd edək ki, bundan əvvəl də sözügedən Akademiyanın sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının veriləcəyi bildirilmişdi.

Xatırladaq ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 224 182 207 160 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.