cabir

cabir Xəbərlər 31-12-2024, 07:30

Rusiyada təyyarə sərnişinin ölümü səbəbindən məcburi eniş edib

Rusiyada təyyarə sərnişinin ölümü səbəbindən məcburi eniş edib
Cənubi Saxalinsk - Novosibirsk marşrutu üzrə uçan S7 aviaşirkətinin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanında məcburi eniş edib. Sun.Az bu barədə bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun yaydığı məlumata istinadən xəbər verir.

"Cənubi Saxalinsk - Novosibirsk marşrutu üzrə uçan "Sibir" aviaşirkətinin 5258 saylı reysi Bratskda məcburi eniş edib. Sərnişinlərdən birinin vəziyyəti pisləşib və o vəfat edib", - deyə Nəqliyyat Prokurorluğundan bildirilib.

Qeyd edək ki, təyyarə saat 13:33-də (Bakı vaxtı ilə 10:33) Novosibirskə yola düşüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 243 212 202 228 271

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.