cabir

cabir Xəbərlər 31-12-2024, 08:30

"BakuBus" Naxçıvana sərnişin daşıyacaq

"BakuBus" Naxçıvana sərnişin daşıyacaq
"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib. Sun.Az bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər "Neoplan" markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və "biletim.az" portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.

Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. Bu il Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

"Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır", - deyə AYNA bəyan edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
240 254 199 201 177 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.