ice berg

ice berg Şeirlər 31-12-2024, 19:00

Gün gələr qışından yaz qalar, gülüm

Gün gələr qışından yaz qalar, gülüm
Bu ağrımı tərif edim, de necə?
Gələrsən mi harayıma bu gecə?
Dönsən yaralarım sağalar tezcə,
Gecikmə, ruhumun gücü tükənib,
Nə olar, qayıtsan mənə güvənib?

Söz açardım yoxluğundan, qəmindən,
Dənizinçün darıxan bu gəmimdən,
Saçlarına həsrət qalan əlimdən,
Nə qədər danışsam az qalar, gülüm,
Gün gələr qışından yaz qalar, gülüm.

Yadımda gözünə birinci səfər,
Baxanda parladı, bir inci qədər.
Qoydum mən həmin an sirrinə qədəm,
O gündən gəlmədim özümə, gülüm
Körpüdür həsrətin ölümə, gülüm

Ağlım düşməninsə, qəlbim heyranın,
Ölsəm də unutmam nədir peymanım.
Durma yar, qəlbimə od vur, hey yanım,
Nə qədər alışsam, az qalar, gülüm,
Nəfəs al qarışsa, havaya külüm.

Cəfərov Elmir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
283 314 226 236 234 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.