cabir

cabir Xəbərlər 31-12-2024, 12:30

Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib

Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib
Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında ümumilikdə 150 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Bu barədə Sun.Az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatıdır. Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 90-a yaxın, postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7,8 min avtomobil təqdim edilib və növbədə dayanan bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı yekunlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 223 183 189 195 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.