HASANLY

HASANLY Xəbərlər 30-12-2024, 23:19

Ukrayna mətbuatı Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

Ukrayna mətbuatı Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinə geniş yer ayırıb.

Loading.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Ukrinform", "RBK-Ukrayna", "UNİAN", "İnterfaks-Ukrayna", "Gordon", "Korrespondent" və digər onlarla informasiya agentliyi və xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yollarına" (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyinə dair fikirləri işıqlandırılıb.

Xəbərlərdə Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblər qeyd olunub. Yazılarda dövlət başçımızın mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi barədə tələbləri vurğulanıb.

AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı qeyd edilib. Həmçinin, Prezident İlham Əliyevin Rusiya tərəfinin "məsələni ört-basdır etməyə" çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
205 163 203 166 169 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.