ice berg

ice berg Xəbərlər 31-12-2024, 02:02

Təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar 30 gün ərzində təqdim olunacaq

Təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar 30 gün ərzində təqdim olunacaq
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran Qazaxıstanın hökumət komissiyası 30 gün ərzində öz işinin ilkin nəticələrini təqdim edəcək.

Loading.aZ xəbər verir ki, bu barədə komissiyanın üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.

"Ümumilikdə, standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - deyə o bildirib.

Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir. Yəni təyyarənin parçaları, qəza yerindəki izlər toplanır, maketlər hazırlanır və bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda araşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 202 184 167 152 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.