HASANLY

HASANLY İdman 31-12-2024, 16:21

İngiltərə Premyer Liqası: "Nyukasl" "Mançester Yunayted"i məğlub etdi

İngiltərə Premyer Liqası: "Nyukasl" "Mançester Yunayted"i məğlub etdi
İngiltərə Premyer Liqasının 19-cu turunun "Mançester Yunayted" və "Nyukasl" komandalarının qarşılaşdığı matç başa çatıb.

Loading.Az xəbər verir ki, Mançesterdəki "Old Trafford" stadionunda baş tutan oyun 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qarşılaşmada hesab artıq dördüncü dəqiqədə açılıb, "Nyukasl"ın hücumçusu Aleksandr İsak fərqlənib. 19-cu dəqiqədə Joelinton komandasının fərqini ikiyə çatdırıb.

"Mançester Yunayted" 19 oyundan 22 xal toplayıb və İngiltərə Premyer Liqasında 14-cü yerdədir. "Nyukasl" eyni sayda görüşdən 32 xalla İngiltərə çempionatının turnir cədvəlində beşinci yerdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 418 326 385 328 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.