HASANLY

HASANLY Xəbərlər 31-12-2024, 16:36

ABŞ-də apellyasiya məhkəməsi Donald Trampın vəsatətini rədd edib

ABŞ-də apellyasiya məhkəməsi Donald Trampın vəsatətini rədd edib
ABŞ-də Apellyasiya Məhkəməsi yeni seçilmiş Prezidenti Donald Trampın yazıçı Elizabet Cin Kerrolla qarşı təcavüz və böhtan işinə görə 5 milyon dollarlıq təzminatın ləğv edilməsi tələbini rədd edib.

Loading.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, apellyasiya məhkəməsi Trampın etiraz etdiyi əvvəlki instansiya qərarlarının heç birində məhkəmənin səhvə yol verdiyini təsdiq edə bilmədiyi qənaətinə gəlib.

Qeyd edək ki, Elizabet Kerroll Trampı təqib və böhtanda ittiham edib. İlk dəfə 2023-cü ilin mayında məhkəmə Trampdan yazıçıya 5 milyon dollar ödəməyi tələb edib.

Qadın daha sonra məbləği 10 milyon dollara dəyişib. Bunun səbəbi, xüsusən də, siyasətçinin CNN-in efirində Kerrollu "dəli", onun açıqlamalarını "saxta və uydurma" adlandırması olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 242 157 173 182 154

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.