Rektor: 2024-cü il Bakı Ali Neft Məktəbi üçün yaddaqalan oldu
2024-cü ildə Bakı Ali Neft Məktəbinin (BANM) 4 ixtisası Azərbaycan universitetləri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer aldı. Ali məktəb I və II ixtisas qrupları üzrə ən yüksək keçid balına malik oldu. Ölkə tarixində ən yüksək keçid balı (687.1 bal) ilə yanaşı, ən yüksək orta keçid balı da (645 bal) BANM-a aid idi.
Loading.aZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in professor-müəllim və tələbə heyətini təbrikində bildirib. Ali məktəbin uğurlarına nəzər salan rektor qeyd edib ki, 2024-cü ildə beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub. Qəbul planı 100 faiz dolub. Yeni açılan kompüter elmləri ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.
Bu il 33 nəfər Prezident təqaüdçüsü ilə (102 təqaüddən) BANM yenə də liderliyini qoruyub; öz rekordunu məhz özü yeniləyib. Təqaüdçülərin üçdə birini ali məktəbin tələbələri təşkil edib.
BANM-ə qəbul zamanı 685 baldan yuxarı nəticə göstərən 13 tələbə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin təsis etdiyi (16 təqaüddən) “Elm və texnologiya” təqaüdünə layiq görülüb.
Ali məktəbin 35 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. Dövlət Proqramının magistratura səviyyəsinə qəbul olanların 10 faizi BANM-in məzunları olub. Bu da BANM məzunlarının say nisbətinə görə ölkədə ən yüksək göstəricisidir.
BANM-in “BHOSWARE” komandası “ TEKNOFEST-2024”ün qalibi olub. Türkiyənin Antalya şəhərində keçirilən Festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb. “ TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə BANM təmsil edib.
Ölkə üzrə startap və hakatonlarda BANM tələbələri birinci yerə çıxıblar.
BANM-da təhsil alan əcnəbi tələbələrin sayı iki dəfə artıb.