Ays

Ays Şeirlər 2-01-2025, 14:34

Gəl sənə səndən danışım

Gəl sənə səndən danışım
Sən bir dünya gözəlisən,
Xanımların özəlisən,
Biraz duzlu, məzəlisən,
Gəl sənə, səndən danışım.

Yanağında qəmzəlisən,
Şirin, şəkər, gülməlisən,
Həm çılğınsan, həm dəlisən.
Gəl sənə, səndən danışım



Həzin su tək axışların,
Allah çəkən naxışların,
Çox gözəldi baxışların,
Gəl sənə, səndən danışım.

Qızıl gülün qönçəsisən,
Mirvarinin incisisən,
Sən Şairin iç səsisən,
Gəl sənə, səndən danışım.

Rəsul Abusov



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
712 698 559 578 529 514

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.