cabir

cabir Xəbərlər 2-01-2025, 18:30

İşığın ölkədaxili yeni QİYMƏTLƏRİ

İşığın ölkədaxili yeni QİYMƏTLƏRİ
Elektrik enerjisinin ölkədaxili tarifləri dəyişib. Sun.Az xəbər verir ki, bu barədə Tarif Şurası qərar verib. Qərara əsasən, əhali üzrə aylıq istehlak həcmi:

- 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
- 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
- 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
- 65% abonent üzrə - 45 qəpik,
- 20% abonent üzrə - 1 manat 33 qəpik,
- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 228 209 184 239 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.