cabir

cabir Xəbərlər 3-01-2025, 07:30

Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"

Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
"Aktauda baş verən təyyarə qəzasının səbəblərinin obyektiv araşdırılması üçün hökumət komissiyası "qara qutu"ları deşifrə etmək üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərib". Sun.Az -ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana tili" ("Ana dili") qəzetinə müsahibəsində bildirib. Əminəm ki, bu, araşdırmanın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır", - deyə o əlavə edib.

Qazaxıstan, həmçinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən olan nümayəndələr də daxil olmaqla 17 beynəlxalq ekspert dəvət edib.

Tokayev təyyarə qəzasının səbəblərinin araşdırılmasında obyektivlik və qərəzsizliyin təmin edilməsi üçün bunun yeganə düzgün qərar olduğuna əminliyini ifadə edib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 335 316 279 286 335

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.